İcarəyə verilir 2 otaqlı yeni tikili 65 m², Nizami m.
İCARƏYƏ VERİLİR — NİZAMİ MALL-un ÜZƏRİNDƏ YERLƏŞƏN, DİZAYNER TƏMİRLİ 2 OTAQLI MƏNZİL!
Bakı şəhərinin tam mərkəzində, Nizami metrosunun yanında, zövqlə dizayn edilmiş mənzil uzunmüddətli icarəyə verilir.
Mənzil müasir dizaynı, yüksək keyfiyyətli təmiri, brend mebel və məişət texnikası ilə seçilir. Şəhərə və dənizə açılan gözəl mənzərəsi isə mənzilə xüsusi üstünlük qazandırır.
ÜMUMİ SAHƏ: 65 m²
OTAQLARIN SAYI: 2
TƏMİR: Dizayner təmiri
Mənzildə ayrıca qarderob otağı mövcuddur. Rahat yaşayış üçün bütün zəruri məişət texnikası ilə təchiz olunub:
• Paltaryuyan və qurutma maşını
• Qabyuyan maşın
• Soyuducu
• Soba və mikrodalğalı soba
• Kondisioner
• Plazma televizor
• Kombi istilik sistemi
Şəhərin mərkəzində yerləşməsi, zövqlü interyeri, brend mebel və texnikası, həmçinin dəniz və şəhər panoraması ilə seçilən bu mənzil komfortlu yaşayış axtaranlar üçün əla seçimdir.
İCARƏ və DEPOSİT ŞƏRTLƏRİ:
• Binanın xidmət haqqı(komendant) — kirayəçi tərəfindən əlavə ödənilir
• MİNİMUM İCARƏ MÜDDƏTİ: 12 ay
• DEPOZİT: 1 aylıq icarə haqqı
12 aylıq müqavilə müddəti başa çatdıqdan sonra mənzil və əşyalar təhvil alındığı vəziyyətdə saxlanıldığı, hər hansı zədələnmə və ödənilməmiş borc olmadığı təqdirdə depozit tam şəkildə geri qaytarılır.
Kirayəçi müqaviləni 12 ay tamamlanmadan ləğv etdiyi halda depozit geri qaytarılmır.
ƏLAVƏ ŞƏRTLƏR:
• Mənzil yalnız yaşayış məqsədilə icarəyə verilir.
• Subicarəyə və üçüncü şəxslərin istifadəsinə verilməsinə icazə verilmir.
• Mənzildə yaşayacaq şəxslərin sayı əvvəlcədən razılaşdırılmalıdır.
• Ev heyvanlarının saxlanılması və mənzildə siqaret çəkilməsi QADAĞANDIR!
• Mənzil təhvil verilərkən mebelin, məişət texnikasının və mənzilin ümumi vəziyyətinin foto və video qeydləri aparılır.
• Müqavilə müddətinin sonunda mənzildən çıxmaq barədə ən azı 30 gün əvvəl məlumat verilməlidir.
AGENTLİK KOMİSSİYASI: 30%